Quantanamo məhbusları vətənlərinə dönür
20 Dekabr 2009 Bazar 21:25
Quantanamo məhbusları vətənlərinə dönür. 12 məhbus Əfqanıstan, Yəmən və Somaliyə göndərilib.
ABŞ hökuməti Quantanamoda saxlanılan məhbusları vətənlərinə qaytarmaq qərarına gəlib. "Reuters”in verdiyi məlumata görə, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi 12 məhbusu Əfqanıstan, Yəmən və Somaliyə göndərib.
Qeyd edək ki, altı əfqan və dörd Yəmən vətəndaşı öz ölkələrinə təhvil verilib. Eləcə də iki Somalli vətəndaşı vətənlərinə göndərilib.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Kubada yerləşən Quantanamo həbsxanasının 2010-cu ilin sonlarında qapadılacağını bəyan etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: