Bu gün Qroznı şəhərinin mərkəzində yerli vaxtla saat 17.00-da partlayıcı qurğunun işə salınması nəticəsində partlayış baş verib. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, Qroznının Lenin rayonu ərazisindəki teatr-konsert salonunun qarşısında terrorçu-kamikadze milis əməkdaşlarına yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.
Baş vermiş partlayış nəticəsində üç nəfər milis əməkdaşı, bir nəfər mülki vətəndaş və terrorçu-kamikadze həlak olub.
Hazırda hadisə yeri mühasirəyə alınıb və istintaq qrupu işləyir. Həlak olanların şəxsiyyətləri barədə hələlik ətraflı məlumat verilmir. /ANS PRESS/