Qroznıda DİN əməliyyat-axtarış hissəsinin rəisi öldürüldü
18 May 2010 Çərşənbə Axşamı 02:30
Çeçenistan paytaxtında baş vermiş partlayışda daha iki yüksək vəzifəli milis işçisi xəsarət alıb.
Ötən axşam Çeçinstanın paytaxtı Qroznıda partlayış baş verib. Partlayış nəticəsində 1 saylı əməliyyat-axtarış hissəsinin rəisi Lomali Xadjiyev həlak olub. Onunla birlikdə olan Çeçenistan DİN cinayət axtarışı idarəsinin rəisi Artur Saydayev və Oktyabr rayon Daxili İşlər İdarəsinin rəisi Zikir Bibulatorv xəsarət alıblar.

Milis əməkdaqşlarının məlumatına görə, zabitlər patrul zamanı şübhəli bağlama aşkarlayıblar. Onlar bağlamaya yaxınlaşdıqda uzaqdan idarə edilən əldəqayırma partlayıcı qurğu işə salınıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq hadisənin təfərrüatlarını araşdırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar