Qriqol Vaşadze Rusiya vətəndaşlığına son qoydu
23 Fevral 2010 Çərşənbə Axşamı 11:55
Qriqol Vaşadze bununla bağlı lazımi sənədləri Tiflisdə Rusiyanın maraqlarını təmsil edən İsveçrə səfirliyinə təqdim edib.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığından imtina etməsini təsdiq edən lazımi sənədləri Tiflisdə Rusiyanın maraqlarını təmsil edən İsveçrə səfirliyinə təqdim edib. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiya vətəndaşlığından çıxmağa dair bütün bürokratik prosedurlar başa çatdı və hazırda Rusiya qanunvericiliyinə müvafiq olaraq Rusiya hakimiyyəti Vaşadzenin xahişini təmin etməlidir", - deyə idarədən bildiriblər.
Qeyd edək ki, Vaşadzenin iki vətəndaşlığı var və hazırki vəziyyət Gürcüstan müxalifəti tərəfindən dəfələrlə tənqid hədəfinə çevrilib. Rusiyanın Dövlət Dumasında isə onun Rusiya vətəndaşlığından çıxarılması kimi təkliflər səsləndirilib.
Xatırladaq ki, Qriqol Vaşadze Gürcüstan XİN-nə 2008-ci ilin dekabrından rəhbərlik etməyə başlayıb və o heç vaxt ikili vətəndaşlığa malik olduğunu gizlətməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: