Qrip Ukraynada 239 can alıb
13 Noyabr 2009 Cümə 00:40
Son sutkalar ərzində virusa yoluxanlardan 26-sı dünyasını dəyişib
Ukraynada qripdən ölənlərin sayı 239 nəfərə çatıb. Bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Məlumatda bildirilir ki, son sutkalar ərzində 26 nəfər dünyasını dəyişib.
Bütövlükdə epidemiya başladığı oktyarın sonlarından virusa 1 milyon 253 min 588 nəfər yoluxub. Son məlumatlara görə, “donuz qripi”nə 85 yoluxma halı təsdiqlənib. H1N1 virusuna yoluxanlardan 16-sı ölüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar