Qrenlandiya parçalanır
19 İyul 2012 Cümə Axşamı 10:43
Adanın əsas buzlaqlarından biri olan Peterman buzlağından qopub.
Qrenlandiya buzlaqlarından nəhəng aysberq qopub. Bunu NASA mütəxəssisləri aşkar ediblər. Peyk şəkilləri qopan aysberqin sahəsinin 100 kvadrat kilometr təşkil etdiyini göstərir. Bu buz parçası Qrenlandiyanın əsas buzlaqlarından biri olan Peterman buzlağından qopub.

2010-cu ildə də bu buzlaqda oxşar hadisə baş vermişdi. Həmin vaxt sahəsi 250 kvadrat kilometr olan ayberq qopmuş, bu, Arktika buzlaqlarında son 50 ildə ən böyük buz parçalanması olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar