Qrenlandiya müstəqilliyini elan edib
21 İyun 2009 Bazar 20:15
Polis və məhkəmə yerli hökumətin yuridiksiyasına keçib, kalaallisut rəsmi dilə çevrilib

 

Keçmiş Danimarka müstəmləkəsi Qrenlandiya bu gün müstəqilliyini elan edib.

ANS PRESS «BBC News»a istinadən bildirir ki, bu addım 2008-ci ilin noyabr ayında keçirilmiş referendumun nəticələrinə əsasın atılıb. Onda adanın əhalisinin böyük əksəriyyəti geniş muxtariyyəti dəstəkləmişdi.

Yeni hüquqi qaydaya əsasən, polis və məhkəmə yerli hakimiyyətin yuridiksiyasına keçir. Qrenlandiya dili (kalaallisut) rəsmi dilə çevrilir. Ölkə vətəndaşları isə beynəlxalq hüquq tərəfindən ayrıca xalq kimi tanınacaq. Ancaq müdafiə və xarici siyasət məsələləri ilə əvvəlki kimi Kopenhagen məşğul olacaq.

Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə müstəmləkəyə məhdud suverenlik verilib.

Qrenlandiyada böyük neft, qaz, qızıl və almaz yataqları var. Adanın əsas əhalisi inuitlər, yəni eskimoslardır. Ada Danimarka büdcəsindən çox asıldır və oradan ildə 500 milyon avroya yaxın vəsait alır. Bu, Qrenlandiya ÜDM-nin 30 faizi qədərdir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar