Qoşulmama Hərəkatının XİN səviyyəsində 16-cı Konfransı keçiriləcək
06 May 2011 Cümə 10:23
Konfrans İndoneziyanın Bali adasında keçiriləcək.
İndoneziyanın Bali adasında 25-27 tarixlərində Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri səviyyəsində 16-cı Konfransının keçirilməsi və Hərəkatın 50-ci il dönümünün qeyd edilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qoşulmama hərəkatı rəsmi olaraq bloklara qoşulmamış dövlətlərin 1961-ci il Belqrad konfransında formalaşıb. Bu hərəkata yeni müstəqillik əldə etmiş onlarla dövlət qoşulub. Onların əsas prinsipləri iki rəqib blok – NATO və Varşava blokundan eyni dərəcədə uzaqlaşaraq öz beynəlxalq münasibətlərini qurmaqdır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar