Qorxulu virus yenə baş qaldırdı
30 Dekabr 2012 Bazar 12:54
Yaxın Şərqdə H1N1 virusunun geniş vüsət alması ilə bağli xəbərlər yayılıb.
Yaxın Şərqdə H1N1 virusunun geniş vüsət alması ilə bağli xəbərlər yayılıb.Yaxın Şərqdə yayılan donuz qripi bir neçə gün ərzində 9 nəfərin həyatına son qoyub. Artıq rəsmilər də ölkədə H1N1 virusunun yayıldığını təsdiqləyib. Virusun ən çox yayıldığı bölgə kimi isə, İordaniya çayının qərb sahili bölgəsi göstərilir.

Məlumata görə, son bir neçə gündə artıq 9 nəfər “donuz qripi” kimi tanınan xəstəlikdən həyatını itirib. Rəsmilər, həmçinin, 187 nəfərin virusa yoluxduğunu bildiriblər. Xəstələrin əksəriyyətinin vəziyyəti ağır kimi qiymətləndirilir. Fələstinin baş naziri Salam Fəyyad da faktı təsdiqləyib və bölgədə fövqəladə vəziyyət elan edib.

“Səhiyyə Nazirliyi məsələ ilə bağlı tədbir görməli və virusun yayılmasının qarşısını almalıdır' - deyə Fəyyad vəziyyətlə bağlı çıxışında qeyd edib. Ölkənin səhiyyə naziri Əssəd Rəmləvi isə H1N1 virusuna yoluxanların Rəmallah, İsrailin Betlehem, Hebron və Yeriko şəhərlərində müşahidə olunduğunu bildirib. Vəziyyətlə bağlı səhiyyə işçiləri gücləndirilmiş iş rejimində işləməyə başlayıblar. Bütün tibb məntəqələrində virusa qarşı xidmətlər pulsuz həyata keçirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar