Qordon Braun ən pis geyinən kişi seçildi
04 Yanvar 2010 Bazar Ertəsi 12:10
"GQ" jurnalı Qordon Braunun imicini bəyənmir
Böyük Britaniyada nəşr edilən tanınmış "GQ" jurnalı ilin ən pis geyinən kişilərinin siyahısını hazırlayıb.

Siyahıya İngiltərənin keçmiş baş naziri Qordon Braun başçılıq edir. 2008-ci ildə üçüncü yerdə olan Braun "necə gəldi geyindiyi" üçün bu il birincilik qazanıb.

Pis geyinən kişilərin siyahısında aktyor Rassel Brand, Şimalı Koreya lideri Kim Çen İr, London meri Boris Conson və Fransa prezidenti Nikola Sarkozinin adları var. Sonuncu haqqında jurnalistlər maraqlı fikir səsləndiriblər. Belə ki, onlar Nikola Sarkoziyə "boy haqqında az düşünmək və imicə daha çox fikir verməyi" məsləhət görüblər.

Dərginin ən gözəl geyinənlər siyahısına isə 23 yaşlı aktyor Robert Pattinson başçılıq edir. Onluğu aktyor Daniel Kreyq, Elton Conun həyat yoldaşı Devid Ferniş, futbolçu Devid Bekhem, Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri Braun Devid Kameron bağlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar