Qorbaçovun əlindən Nobel mükafatı alına bilər
13 Yanvar 2012 Cümə 17:20
Vilnüs hadisələrində həlak olan şəxsin oğlu Norveçdəki Nobel Komitəsinə müraciət ünvanlayıb.
1991-ci ilin yanvarında Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən teleqüllənin tutulması zamanı həlak olan şəxslərdən birinin oğlu SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun Nobel sülh mükafatından məhrum edilməsini tələb edir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Robertas Povilaytis bu məqsədlə Norveçdəki Nobel Komitəsinə müraciət ünvanlayıb. Robertas Povilaytis Qorbaçovun SSRİ-nin rəhbəri olan zaman qoşunların hərəkətinə görə məsuliyyət daşıdığını deyib və insanlığa qarşı cinayətlərdə ittiham edib.

“Əgər SSRİ silahlı qüvvələri Qorbaçovun əmri olmadan belə hərəkət edirdisə o, sonradan bu əmri verənlərə qarşı cəza tədbirləri görməli idi. Onun sakit dayanması bu hərəkətlərə dəstək verdiyini sübut edir”, - deyə Robertas Povilaytis bildirib.

Qeyd edək ki, Nobel Sülh mükafatı Qorbaçova 1990-ci ilin yanvarın 13-də verilib. Bundan bir həftə sonra isə Bakıda Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 20 yanvar hadisələri baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar