Qorbaçov Hitlerdən də pisdir
01 May 2013 Çərşənbə 10:38
Erməni kommunistlərinin lideri SSRİ-nin sonuncu prezidentinin həbsini arzu edir.
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Sovet İttifaqını birnömrəli başbəlası və satqınıdır. Bunu Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Ruben Tovmasyan deyib. Onun sözlərinə görə, Moskvada dəfələrlə Qorbaçovu SSRİ-nin dağılmasına görə cinayət məsuliyyətinə cəlb olunması məsələsi qaldırıb: "Moskvada yüksəksəviyyəli hüquqşünaslar var. Onlar da mənimlə həmrəydirlər. Lakin mənə bəlli olmayan səbəblərə görə bəzi nüanslar mövcuddur ki, Qorbaçovun həbs olunmasına mane olur".
Ruben Tovmasyan deyib ki, Qorbaçov insanlara Adolf Hitlerdən də çox ziyan vurub.
DOSTLARINLA PAYLAŞ: