Qonşu ölkə İran müharibəyə hazırlaşır
30 Noyabr 2009 Bazar Ertəsi 21:15
Qonşu ölkə İran Fars körfəzində hərbi dəniz qüvvələrinin sayını artırıb
İran Fars körfəzində hərbi dəniz qüvvələrinin sayını artırıb. Regionda bütün dəniz əməliyyatlarına komandanlıq İslam İnqilabı Mühafizə Korpusuna həvalə olunub. ABŞ hərbi dəniz qüvvələrinin kəşfiyyatı xəbər verib ki, İran Fars körfəzinə çoxlu sayda sürət katerləri göndərib, həmçinin Hörmüz boğazının sahillərində raketlər yerləşdirib. Bu isə neft ixracının həyata keçirildiyi boğazın mümkün blokadası zamanı özünümüdafiə məqsədi daşıyır.
İran həmçinin öz donanması ilə ərəb dövlətlərindən neft tədarükünü dayandıra bilər. “Röyters” agentliyinin məlumatına görə, İran Hərbi Dəniz Qüvvələrinin potensialı son illər olduqca artıb. Bildirilir ki, İran Hərbi Dəniz Qüvvələri 2007-ci ildə başlayan yenidənqurmadan sonra gəmi əleyhinə raketlər, havadan müdafiə sistemlərindən ibarət güclü silahlanmış gəmilərin alınmasına xüsusi diqqət yetirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: