Qondarma Abxaziyanın başçısının avtomobili atəşə tutuldu
22 Fevral 2012 Çərşənbə 11:59
Aleksandr Ankvab xəsarət almasa da, cangüdəni ölüb.
Qondarma Abxaziya respulikasının başçısı Aleksandr Ankvaba qarşı sui-qəsd cəhdi olub. "İnterfax" agentliyinin Rusiyadakı Abxaziya səfirinə istinadən verdiyi məlumata görə, Aleksandr Ankvabın olduğu avtomobil atəşə tutulub. Respublika başçısı özü xəsarət almayıb, lakin onun cangüdəni ağır yaralanıb. Ankvabın avtomobili o, Suxumiyə işə gedərkən Qudauta şəhəri yaxınlığında avtomatdan atəşə tutulub.
Qeyd edək ki, bu, əvvəllər baş nazir və vitse-prezident vəzifələrini tutan Aleksandr Ankvaba qarşı 5-ci sui-qəsd cəhdidir və o, bir neçə dəfə xəsarət alıb.
DOSTLARINLA PAYLAŞ: