Qonaqların qətli davam edir
08 Fevral 2010 Bazar Ertəsi 18:20
Əfqanıstanda daha iki britaniyalı hərbçi həlak olub
Əfqanıstanda növbəti partlayış hadisəsi baş verib. Yerli mətbuatın yazdığına görə, partladıсı qurğu ölkənin cənubunda yerləşən Gilmend əyalətində hərbçilər patrul xidməti çəkən zaman işə salınıb.
Hərbçilərin ölüm xəbərini Böyük Britaniyanın Müdafiə Nazirliyi də təsdiq edib.
Xatırladaq ki, 2001-ci ildən Əfqanıstanda 255 britaniyalı hərbçi qətlə yetirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: