Ermənistanda içərisində qızıl filizi olan yeddi vaqon relsdən çıxıb. ANS PRESS-in «Novosti Armeniya»ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 23:40-radələrində dəmir yolunun Razdan-Solak ərazisində baş verib. Hazırda qəza baş verən ərazidə qatarların hərəkəti dayandırılıb və bərpa işləri aparılır. Adıçəkilən ərazidə bərpa işlərinin iki gün çəkəcəyi bildirilir. /ANS PRESS/