Qız qaçıranlar 6 min dollar cərimələnəcək
09 Noyabr 2013 Şənbə 21:42
Dini və ictimai xadimlər İslam konfransının gedişində bu qərara gəliblər.
İnquşetiyanın dini və ictimai xadimləri İslam konfransının gedişində qız qaçırmaya görə cərimələri 20 dəfə artırmaq qərarına gəliblər.
ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, beləliklə bu Qafqaz respublikasında qız qaçırınlar 200 min rubl (təxminən 6 min 200 dollar) cərimə ödəməlidirlər. Əvvələr isə bu cərimə 10 min rubl (təxminən 310 dollar) ətrafında dəyişirdi.

Qız qaçırana yardım edənlər də cəzasız qalmayacaqlar. Onların hər biri 100 min rubl (təxminən 3 min 100 dollar) ödəməli olacaqlar. Bu məbləği qızın qaçırılmasına dəxli olan ağsaqqallar və qızı evində gizlətmiş ailə də ödəyəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar