Qiyamət günü ilə bağlı şayiə yayan 93 nəfər həbs edildi
18 Dekabr 2012 Çərşənbə Axşamı 03:09
Həbs olunanlar arasında xristian cəmiyyətinin üzvləri də var.
Çində dünyanın sonu ilə bağlı şayiə yaymaqda günahlandırılan 93 nəfər həbs edilib. ANS PRESS xəbər verir ki, məlumatı "Sinhua" agentliyi yayıb.
Məlumata görə, həbs edilənlərdən 37-si Sinxay əyalətində fəaliyyət göstərən xristian cəmiyyətlərindən birinin üzvləridir. Onlar bildiriblər ki, dekabrın 21-dən üç gün Günəş çıxmayacaq və elektrik enerjisi olmayacaq.
DOSTLARINLA PAYLAŞ: