Qiyamçılar Dəməşq hava limanını mühasirəyə aldılar
08 Dekabr 2012 Şənbə 03:48
Suriya müxalifəti beynəlxalq hava yolu şirkətlərinə xəbərdarlıq edib.
Dəməşqin beynəlxalq hava limanına gedən yollar Suriya qiyamçılarının əlindədir. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qiyamçıların İsrail televiziyası ilə yayılan bəyanatında deyilir.

Üsyançılar mülki şəxsləri hava limanı ərazisinə gəlməməyə çağırırlar. Bu barədə xəbərdarlıq təyyarələri Dəməşqə enən beynəlxalq hava yolu şirkətlərinə də edilib.

“Hava limanını nəzarətdə saxlayan batalyonlar hesab edirlər ki, o, hücum üçün rahat hədəfdir. Çünki əsgərlərlə və zirehli texnika ilə doludur”, - qiyamçıların nümayəndəsi bildirib. O bəyan edib ki, hava limanına mülki şəxslərin yaxınlaşmasıa görə məsuliyyət onların üzərinə düşür.

Son vaxtlar toqquşmalar daha çox Dəməşqin ətrafında, eləcə də, paytaxt hava limanı yaxınlığında gedir. Bəzi məlumatlara görə, paytaxt müxalifətin 40 min nəfərlik ordusu ilə əhatələnib.

Ötən həftə Misir və Dubayın hava yolları şirkətləri Dəməşqə uçuşları dayandırmışdılar. O vaxt müxalifətçilər hava limanından Dəməşqə gedən yolu ələ keçirmişdilər. Lakin bir gün sonra hava limanı normal iş rejiminə qayıtdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar