Qiyamçılar Bəşər Əsədə 48 saat vaxt verdilər
31 May 2012 Cümə Axşamı 01:51
Suriya hakimiyyətindən ölkədə bütün hərbi əməliyyatların dayandırılması tələb olunur.
“Suriyanın azad ordusu” qiyamçı qruplaşması Suriya prezidenti Bəşər Əsədə qarşı ultimatum irəli sürüb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, prezidentə ölkədə bütün hərbi əməliyyatların dayandırılması üçün 48 saat vaxt verilib. Qruplaşma bəyan edib ki, tələb yerinə yetirilməsə, Suriyanın hökumət qoşunlarına qarşı müvafiq tədbirlər görüləcək.
“Suriyanın azad ordusunun birləşmiş komandanlığı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün ölkə haikimyyətinə 48 saat vaxt verib. İyunun 1-də günorta (Bakı vaxtı ilə saat 14.00) ultimatumun vaxtı bitəcək. Bundan sonra biz özümüzü istənilən öhdəçiliklərdən azad hesab edəcəyik və dinc sakinləri, onların evlərini və şəhərləri qoruyacağıq”, - qiyamçıların bəyanatında deyilir.
DOSTLARINLA PAYLAŞ: