Qırmızı Xaç Suriyada hərbi qanunlara riayət etməyə çağırıb
04 Avqust 2012 Şənbə 22:51
Beynəlxalq hərbi qanunvericilikdə bildirilir ki, atəş yalnız hərbi hədəflərə açıla bilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsi Suriyada dinc sakinlər arasında itkilərin qarşısını almaq üçün toqquşan tərəflərin beynəlxalq qanunlara riayət etməsinin vacibliyini vurğulayıb.
ANS PRESS-in məlumatına görə, beynəlxalq hərbi qanunvericilikdə bildirilir ki, atəş yalnız hərbi hədəflərə açıla bilər, şəhərlərdə hərbi əməliyyatları xüsusi ehtiyatla aparmaq lazımdır.
Hökumət əleyhinə fəalların məlumatına görə, toqquşmaların səngimədiyi Hələb şəhəri kütləvi arileriya atəşəni tutulub ki, bu da silahlı müxalifəti telemərkəzdən çəkilməyə vadar edib.
Həm də hökumət qoşunları böyük hissəsini nəzarətdə saxladıqları Dəməşqin cənub hissəsini bombalayıblar.
DOSTLARINLA PAYLAŞ: