Qırığızıstanın keçmiş müdafiə naziri tutuldu
16 Aprel 2010 Cümə 02:55
Roza Otunbayeva: “Ümid edirik ki, Kurmanbek Bakiyevin qardaşı da yaxın vaxtlarda həbs ediləcək”.
Qırğızıstanın Cəlal-Abad vilayətində keçmiş müdafiə naziri Baktıbek Kalıyev həbs edilib. O hazırda Bişkekdədir. Məlumatı müvəqqəti hökumətin başçısı Roza Otunbayeva açıqlayıb.
Roza Otunbayeva bildirib ki, prezident Kurmanbek Bakiyevin qardaşı, onun mühafizəsinin rəhbəri Janıbek Bakıyevin məsuliyyəti böyükdür: “Ümid edirik ki, o da yaxın vaxtlarda həbs ediləcək. Dinc vətəndaşların gülləbaran edilməsində günahı olan digər adamların da axtarışları davam etdiriləcək”. Roza Otunbayevanın sözlərinə görə, münaqişə aoxada qalıb, xalq qanlı rejimi pisləyir və ölkənin qarşısında həll edilməli çoxlu problem və çətinliklər durur.
Qeyd edək ki, keçmiş müdafiə naziri Baktıbek Kalıyev devrilmiş prezident Kurmanbek Bakiyevin yaxın çevrəsindən olub və Bişkekdəki iğtişaşlardan sonra Qırğızıstanın cənubunda idi. O, aprelin 12-də Kurmanbek Bakiyevin qardaşı və böyük oğlu ilə birlikdə axtarışa verilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: