Qırığızıstanda vəziyyət gərgin olaraq qalır
22 May 2010 Şənbə 15:55
Qırığızıstanda vəziyyət gərgin olaraq qalır. Bununla əlaqədar Rusiya nümayəndələri Bişkekə gəlib.
Qırığızıstanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Qazaxıstan və Rusiya xüsusi nümayəndələri Bişkekdə müvəqqəti hökümət rəsmiləri ilə görüşüblər.

Qazaxıstan və Rusiya xüsusi nümayəndələri müvəqqəti hökümət təmsilçiləri ilə söhbət zamanı onlara münaqişələrin həlli üçün tövsiyyələr veriblər.

Kremlin nümayəndəsi Qırğızıstanda yaranan siyasi boşluqdan narahatlığını ifadə edib və rəsmi Moskvanın yeni hökümətlə danışıqlar aparmağa hazır olduğunu deyib.

Onlar Qırğızıstana siyasi-iqtisadi dəstək verməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Qazaxıstan və Rusiya nümayəndələri artıq bir həftədən çoxdur ki, ölkədəki vəziyyəti araşdırır. Bir sıra ölkələr isə bunu ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirərək etirazlarını bildiriblər.

Lakin Qırğızıstanın yeni höküməti bu ittihamları qəbul etmir. BMT-nin baş katibi Ban Ki Mun Qırğızıstanın cənubunda yerələşən Cəlalabad şəhərində son günlər baş verən toqquşmalardan narahatlığını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar