Qırıcılar Obamanın istirahət etdiyi ərazidə 2 təyyarə tutublar
17 Fevral 2013 Bazar 13:45
Təyyarələr qadağan olunmuş əraziyə giriblərmiş.
Amerika qırıcı təyyarələri uçuş üçün qapadılmış həva məkanından 2 təyyərə tutub. Təyyarələr ABŞ-ın Florida ştatının cənub hissəsində (Palm-Siti) endiriliblər. ANS PRESS-in Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar prezidenti Barak Obamanın səfəri ilə əlaqədar bu ərazinin hava məkanı təyyarə uçuşları üçün qapadılıbmış.
Lakin radarlar səmada əvvəlcə “Cessna 152” təyyarəsini görüb. O, dərhal ABŞ Müdafiə Nazirliyinin təyyarələri tərəfindən məcburi eniş edib. Bu hadisədən təxminən 5 saat sonra isə havada ikinəfərlik “Lancair 320” təyyarəsi peyda olub. Bu təyyarə də xəbərdarlıqdan sonra uçuş istiqamətini dəyişməli olub.
ABŞ Mülki Aviasiya federal idarəsi və Məxfi xidmət hər iki hadisəni araşdırır.
Yerli mətbuat isə yazır ki, B. Obama işdə bir az fasilə etmək istəyib. Prezident qolf oynamaq üçün Palm-Sitiyə gəlib.
DOSTLARINLA PAYLAŞ: