Qırğızlarla özbəklər arasında silahlı toqquşma baş verib
20 May 2010 Cümə Axşamı 15:15
Qırğızlarla özbəklər arasında silahlı toqquşma baş verib. İki nəfər ölüb, onlarla insan yaralanıb.
Ötən gün toqquşmaların qeydə alındığı Qırğızıstanın cənubundakı Cəlalabad şəhərində bu gecə sabit keçsə də, səhər saatlarından vəziyyət yenidən gərginləşib. Yerli mətbuatın məlumatına görə, dinc məqsədlə başlanan mitinq sonradan özbəklərlə qırğızlar arasında toqquşma ilə nəticələnib.

Belə ki, bir neçə min insan bu gün şəhər ippodromuna yığışaraq özbək diasporasının liderlərindən olan Kadırcan Batırovun onlara verilməsini tələb ediblər. Bu zaman onları sakitləşdirməyə çalışan əyalət qubernatoru Bekrut Asanova və mudafiə naziri İsmail İsakova hücum edərək onları döyüblər.

Toqquşmalar nəticəsində onlarla insanın yaralandığı, iki nəfərin isə güllə yarasından öldüyü bildirilir. Yaranmış vəziyyətlə bağlı Cəlalabada xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib. Müvəqqəti hökumət liderləri isə əhalini asayişi qorumağa çağırıb. Hüquq-mühafizə orqanları vəziyyəti nəzarət altına ala bilmir. Bu səbəbdən kommanedant saatının uzadılması nəzərdə tutulub.

Qırğızıstan müvəqqəti hökumətinin nümayəndələri ötən gündən bəri fövqəladə vəziyyət rejiminin elan edildiyi Cəlalabadda mitinq iştirakçıları ilə danışıqlar aparırlar. Mitinqin 4 minə yaxın insanın iştirak etdiyi və “Ata-meken” Partiyası tərəfindən təşkil edildiyi bildirilir.

Bu ərəfədə, Qazaxıstan hökuməti aprelin 7-də bağlanan Qırğızıstanla sərhədini açıb. Qeyd edək ki, sərhədin bağlanması qonşu dövlətdə baş verən kütləvi iğtişaşlarla əlaqədar idi. Qazaxıstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sərhəd prezident Nursultan Nazarbayevin qərarı əsasında açılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar