Qırğızıstanın sabiq daxili işlər naziri Moskvada yaxalanaraq Bişkekə aparılıb
26 Aprel 2010 Bazar Ertəsi 10:15
Rusiya paytaxtında gizlənən Qırğızıstanın sabiq daxili işlər naziri Moldomus Konqantiyev yaxalanaraq bu ölkənin yeni hakimiyyətinə təhvil verilib.
APA-nın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, M. Konqantiyev Rusiya Federal Təhlükəsizlik Xidməti və Qırğızıstan xüsusi xidmət orqanların əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində yaxalanıb. O, hazırda Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Xidmətinin təcridxanasındadır.
Xatırladaq ki, M. Konqantiyev aprelin 6-da Qırğızıstanda keçirilən kütləvi aksiyalar zamanı Talasda girov götürülüb. Onun öldürüldüyü barədə xəbər yayılsa da, daha sonra nazirin vəhşicəsinə döyüldüyü və sağ olduğu açıqlanıb. M. Konqantiyevin həyat yoldaşı 40 min dollar ödəyərək onu girovluqdan qurtarıb və əvvəlcə Qazaxıstana, oradan isə müalicə məqsədilə Moskvaya aparıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: