Qırğızıstanın daxili işlər naziri öldürüldü
07 Aprel 2010 Çərşənbə 17:10
Qırğızıstanın daxili işlər nazirinin aldığı xəsarətlərdən keçindiyi bildirilir.
Təqribən 3 saat əvvəl Qırğızıstan müxalifətçiləri tərəfindən girov götürülən daxili işlər naziri Moldomus Konqatiyev dünyasını dəyişib. Yerli hüquq-müdafiə təşkilatından Rusiyanın “İnterfaks” agentliyinə verilən məlumata görə, Konqatiyev Talas vilayətində xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda keçinib.

Xatırladaq ki, təqribən 3 saat əvvəl Qırğızıstanda mitinq edən müxalifətçilər Talas vilayətinin Daxili İşlər İdarəsi binasını ələ keçiriblər. Yerli mətbuatın məlumatına görə, binaya soxulan etirazçılar respublikanın daxili işlər naziri Maldomus Konqantiev, baş nazirin müavini Akılbek Japarov və Talas vilayətinin qubernatoru Beyşenbek Bolotbekovu girov götürmüşdülər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar