Qırğızıstanı nümayişlər dalğası bürüyəcək
26 İyul 2009 Bazar 16:40
Seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edən İyulun 28-i Qırğızıstanı nümayişlər dalğası bürüyəcək. Müxalifət bunu əks etdirən görüntülər yayımlayıb.

Qırğızıstan müxalifəti iddia etdikləri kimi prezident seçkilərində kütləvi saxtakarlığı əks etdirən həvəskar kameralarla lentə alınınan görüntülər yayımlayıb. 

Rəsmi nəticələrə görə, hazırkı prezident Kurmanbek Bakiyev səslərin 83 faizini qazanaraq ikinci dəfə bu posta seçilib. Lakin müxalifət seçkinin saxtalaşdırıldığını iddia edir, digər tərəfdən proses beynəlxalq ictimaiyyətin də kəskin tənqidi ilə qarşılaşıb.

"Yalanlardan istifadə etmək və insanların səsvermə arzusunu əlindən almaq bizim cəmiyyəti mənəviyyatsızlaşdırır" prezidentliyə müxalifətdən olan namizəd Almazbek Atambayevin seçkiqabağı kampaniya meneceri belə deyib. Onun sözlərinə görə, insanlar öz azadlıq və ləyaqəti uğrunda mübarizə aparmalıdır.

Birləşmiş xalq hərəkatı müxalifət təşkilatı isə gələn həftənin çərşənbə günündən etiraz aksiyalarına başlayacağını bəyan edib.

Xatırladaq ki, 2005-ci ildəki seçkilərdən sonra baş qaldıran nümayişlər iğtişaşlarla nəticələnmiş, aksiyaçılar prezident binasına daxil olmuş və o vaxtkı dövlət başçısı Əsgər Akayevi ölkədən qovmuşdu. Bundan sonra Əsgər Akayev Rusiyada məskunlaşmışdı.

Mərkəzi seçki komissiyasının sədri Damir Lisovski isə əldə edilən video görüntülərin təhqiq olunacağını bildirib./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar