Qırğızıstanda yeni DİN rəhbəri təyin edilib
21 Aprel 2010 Çərşənbə 18:50
Bu vəzifəyə Bakıt Alımbekov təyin olunub.
Qırğızıstanda müvəqqəti hökumətin qərarı ilə ölkəyə yeni təyin olunan daxili işlər nazirinin adı açıqlanıb. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu dəfə daxil işlər naziri Bakıt Alımbekov təyin olunub.

Qeyd edək ki, bir qədər öncə müvəqqəti hökumət nümayişçilərin tələbi ilə daxil işlər naziri Bakıt Alımbekovu təyin etmişdi. Lakin sonradan müvəqqəti hökumət bu məlumatı təkzib edərək bildirmişdi ki, daxili işlər naziri B.Şerniyazovdur.

Xatırladaq ki, aprelin 19-da Qırğızıstan Müdafiə Nazirliyi qarşısında mühafizə xidmətinin 300-dən 500-ə kimi əməkdaşı etiraz aksiyası keçirib. Nümayişçilər bəyan edib ki, B. Şerniyazovun istefaya getməsi barədə tələbləri yerinə yetirilməsə, onlar işə çıxmayacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar