Qırğızıstanda yeni daxili işlər naziri təyin olunub
07 İyul 2010 Çərşənbə 19:40
Qırğızıstan Daxili İşlər Nazirliyinə yeni rəhbər təyin olunub.
 APA-nın “AKİ Press”ə istinadən xəbərinə görə, bu, Dövlət Milli Təhlükəsizlik Xidməti rəisinin keçmiş birinci müavini Kubatbek Baybolovdur.

Bu gün Qırğızıstan prezidenti Roza Otunbayeva Kubatbek Baybolovu DİN-in şəxsi heyətinə təqdim edib.

Kurmanbek Bakiyevin devrilməsindən sonra daxili işlər naziri əvəzi olan Bolotbek Şerniyazovun isə növbəti parlament seçkilərinə qatılacağı bildirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar