Qırğızıstanda silahlı gənclər müxalifət liderinə hücum edib
24 Oktyabr 2010 Bazar 01:05
Onlar parlament seçkilərində qalib gələn partiyanın liderinə atəş açıblar.
Qırğızıstanda son parlament seçkilərində qalib gələn “Ata Yurd” partiyasının liderlərindən biri Kamçıbek Taşiyevə hücum olub. Siyasətçinin sözlərinə görə, idmançı görkəmli təxminən 15 gənc onun Bişkekdəki yaşayış massivlərindən birindəki evinə basqın etmək istəyib. Müxalifətçi bildirib ki, hücum edənlər silahdan istifadə ediblər: “Bizim tərəfimizdən atəş açılmadı. Amma onlar mənə doğru bir neçə atəş açdılar”. Güllələrdən biri əlinə dəyib.
Kamçıbek Taşiyev silahlı basqına görə Dövlət Milli Təhlükəsizlik Xidmətini ittiham edib. Onun sözlərinə görə, cangüdənləri hücum edənlərdən bir neçəsini saxlaya bilib. Onlardan üç tapança və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı vəsiqəsi götürülüb. Partiya lideri bəyan edib ki, hücumu Milli Təhlükəsizlik Xidmətininin rəhbəri Keneşbek Buşebayev təşkil edib: “Məni havarsa aparmaq və güllələmək istəyirdilər. Bunu siyasi fəaliyyətimlə əlaqələndirirəm”.
Xatırladaq ki, oktyabrın 10-da Qırğızıstanda parlament seçikləri keçirilib. Seçkilərdə iştirak edən 29 siyasi partiyadan yalnız 5-i 5 faizlik həddi keçə bilib. “Ata Yurd” partiyası parlamentdə 28 yer qazanıb. Seçkinin rəsmi nəticələri hələ elan edilməyib. Bir neçə gündür yekun proktolları yoxlanılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: