Qırğızıstanda prezident seçkisi 2011-ci ildə keçiriləcək
20 May 2010 Cümə Axşamı 11:50
Qırğızıstanda prezident seçkisi 2011-ci ildə keçiriləcək. Oktyabrda seçiləcək prezident 2012-ci ildən fəaliyyətə başlayacaq.
Qırğızıstanda prezident seçkisi 2011-ci il 11 oktyabr tarixində keçiriləcək. Bu barədə müvəqqəti hökumətin sədr müavini Omurbek Tekebayev məlumat verib.
Onun sözlərinə görə, seçkidə seçilən prezident 1 yanvar 2012-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, müvəqqəti hökumət tərəfindən mayın 18-də qəbul olunan qərara görə keçid dövrünün prezidenti Roza Otunbayeva bu vəzifəni 2011-ci il 31 dekabr tarixinədək icra edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: