Qırğızıstanda ölənlərin sayı 214 nəfərə çatıb
22 İyun 2010 Çərşənbə Axşamı 10:15
Rəsmi məlumatlara görə, Qırğızıstanın cənubunda baş verən toqquşmalarda ölənlərin sayı 214-ə yüksəlib. APA-nın məlumatına görə, bu barədə “24.kg” agentliyinə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qırğızıstan hakimiyyəti isə ölənlərin sayının iki dəfə çox ola biləcəyini istisna etmir.
Ümumilikdə tibbi yardım üçün 2137 nəfər müraciət edib. Onlardan 992 nəfər xəstəxanaya yerləşdirilib. 1139 nəfər ambulator yardım göstərilib. APA
DOSTLARINLA PAYLAŞ: