Qırğızıstanda ölənlərin sayı 17-ə çatdı
11 İyun 2010 Cümə 14:55
Onların çox odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Qırğızıstanın cənubunda baş verən toqquşmalar nəticəsində ölənlərin sayı artıq 17 nəfərə çatıb. Xəsarət alanların sayı isə 200-ü ötüb. Onlardan çoxu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. 43 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qırğızıstanın "Ferqana.ru" agentliyinin verdiyi xəbərə görə, ötən axşam "Alay" mehmanxanası qarşısında gənc oğlanlar arasında kütləvi dava olub. Toqquşmada yerli özbək və qırğız icmalarının üzvlərinin iştirak etdiyi bildirilir. Bir qədər sonra isə toqquşmalar böyüyərək kütləvi qarışıqlığa çevrilib. Mağazaların şüşələri sındırılıb, yanğınlar törədilib.
Qırğızıstanın müvəqqəti hökuməti Oş şəhərində fövqəladə vəziyyət elan edib. Əhaliyə müraciət edən müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva güc strukturlarının tam hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Qırğızıstanın hüquq mühafizə orqanlarının əməkdaşları etnik zəmində toqquşmaların baş verdiyi Oş vilayətində vəziyyətə nəzarəti ələ keçirib. Qırğızıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Oşda atışmalar dayanıb, şəhərin küçlərinə isə mindən çox hərbçi nəzarət edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: