Qırğızıstanda ölən və yaralılarla bağlı kadrların yayımına icazə verilmir
12 İyun 2010 Şənbə 20:15
Bu barədə ANS-ə “Cihan” xəbər agentliyinin müxbiri məlumat verib.
Qırğızıstanın cənubundan fərqli olaraq paytaxt Bişkekdə həyat öz axarı ilə davam edir. Bişkekdə olan Türkiyənin “Cihan” xəbər agentliyinin müxbiri Murad Ömərin ANS-ə verdiyi məlumata görə, paytaxtda Oş vilayətindəki vəziyyət təhlil olunur. Müvəqqəti hökumətin rəhbərinin Rusiyaya köməklə bağlı müraciətinə də hərbi yardım göndərilməklə cavab verilib.
“Qırğız və özbəklər arasında baş verən etnik toqquşma bu günə qədər davam edir. Hadisədən sonra hökumət əraziyə hərbi qüvvə göndərdi. Bu gün toplanan hökumət təcili qərar aldı və Rusiyadan hərbi yardım istədi. Son məlumatlara görə, Ulyanovski bölgəsindən Oş vilayətinə havadan hərbi qüvvə gətirilir”,- deyə “Cihan” xəbər agentliyinin müxbiri Murad Ömər bildirib.
Murad Ömərin sözlərinə görə, ən son rəsmi məlumatlarda 62 nəfərin öldüyü, 600-dən artıq insanının isə yaralandığı bildirilir: ”Təəssüf ki, görüntü yoxdur, çünki yayımlar dayandırıldığından yerli televiziyalarda baş verənlər göstərilmir. Bizim əlimizə hər hansı ölü və yaralı kadrı keçməyib, lakin şəhərin yandırılmış görüntüləri var”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: