Qırğızıstanda öldürülənlərin sayı 170 nəfərə çatıb
15 İyun 2010 Çərşənbə Axşamı 10:05
Qırğızıstanda öldürülənlərin sayı 170 nəfərə çatıb. Daha 826 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qırğızıstanda etnik zəmində özbəklərlə qırğızlar arasında baş vermiş qarşıdurmalarda ölənlərin sayı 170 nəfərə çatıb. Bu barədə Respublikanın Səhiyyə Nazirliyinə istinadən “AKİ Press” agentliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin iyunun 15-nə olan məlumatına görə, Oş və Cəlalabad vilayətləri üzrə tibbi yardım üçün müraciət edənlərin ümumi sayı 1762 nəfər təşkil edib. Onlardan 826 nəfəri xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, qırğız və özbəklər arasında toqquşma iyunun 11-i Qırğızıstanın cənub paytaxtı Oş şəhərində başlayıb. Qarşıdurmanın miqyası sonradan artararaq Cəlalabad vilayətinə keçib. İlkin məlumatlara görə, onlar bir-birini münaqişə yaratmaqda və zorakılıqda ittiham edirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: