Qırğızıstanda mitinq keçirilir
12 May 2010 Çərşənbə 14:50
Qırğızıstanda mitinq keçirilir. 3000-ə yaxın insan Bişkekin mərkəzinə toplaşıb.
Bu gün təqribən 3000-ə yaxın qırğız yenidən Bişkekin mərkəzində yerləşən Ala-Too meydanı və parlament binası qarşısına toplaşıb. Yerli KİV-in məlumatına görə, bura toplaşanların bir qismi 7 aprel 2010-cu il tarixində ölkədə baş verən iğtişaşlar zamanı ölənlərin məzarını ziyarət etdikdən sonra gəlib.

Onların digər hissəsi isə biznesin inkişaf etməsinə imkanın yaradılması tələbi ilə bura toplaşıb. Bunlar əsasən yerli müəssisələrin işçiləridir. Onların bəyanatlarına görə, dövlət orqanları tərəfindən aparılan və onların işinə mane olan əsassız yoxlamalar ucbatından işçilər ailələrini saxlaya bilmirlər.

Məlumata görə, sözügedən müəssisələr keçmiş prezidentin oğlu Maksim Bakiyev tərəfindən dəstəkləndiyindən burada yoxlamalar aparılır.

Mitinqə toplaşan insanların üçüncü qismi Bişkekin keçmiş meri Nəriman Tüleyevə dəstək nümayiş etdiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar