Qırğızıstana ediləcək yardımların məbləği artırılacaq
18 İyul 2010 Bazar 11:55
ATƏT-ə üzv ölkələrin XİN rəhbərləri buna qərar veriblər.
Qazaxıstanda keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Qırğızıstan məsləsi diqqət mərkəzində olub. Xarici siyasət idarələrinin rəhbərləri bu ölkəyə ediləcək yardımların məbləğini artımağa qərar veriblər.

Qərbi Avropa və post Sovet məkanının diplomatları Qazaxıstanda ATƏT-ə üzv olan 56 ölkənin iştirakı ilə keçirilən qeyri-rəsmi toplantıda Qırğızıstana olan yardımları artırmaq və beynəlxalq polis qüvvələrinə dəstək vermək haqda razılığa gəliblər. Lakin bu dəstəyin necə təşkil olunacağı barədə aydın irəliləyiş əldə edə bilməyiblər. ATƏT Qırığızıstana 50 polis təlimatçısı verəcəyini bildirirsə də, tənqidçilər bunun çox az olduğunu bildirirlər. Qazaxıstan isə Qırığızıstana elektirik stansiyaları üçün tikinti materialları və yanacaq almaq üçün 10 milyon dollar yardım edəcəyinə söz verib.

Toplantıda çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sözlərinə görə, Qırğızıstanda olan müvəqqəti stabillik istənilən zaman pozula bilər.

“Bundan başqa parlament seçkiləri keçiriləcək və seçkiöncəsi rəqabətin artması ilə xarakterizə edilən ölkə üçün bu çox vacib məqamdır. İndiki zamanda Qırğızıstan xalqı öz ölkələrinin gələcəyini yaxşı düşünməlidir”, - deyə o əlavə edib.

Görüş başa çatdıqdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavov Korfu prosesi çərçivəsində qarşılıqlı etibarın formalaşmasında irəliləyişin əldə olunduğunu deyib.

“Bu gün biz Korfu prosesi çərçivəsində irəliləyiş əldə etdik. Rusiya, Ukrayna, Belarus, İsveçrə və başqa ölkələr də daxil olmaqla mövcud təhlükəsizliyi möhkəmləndirmək və etibar formalaşdırmaq üçün konkret təkliflər irəli sürüblər”, - deyə Sergey Larov bildirib.

Sergey Lavrov Rusiya tərəfindən irəli sürülən silahların idarə olunması ilə bağlı təklifin konstruktiv şərh olunacağına və təsdiqlənəcəyinə ümid etdiyini və bu sahədə bəzi müsbət məqamlar yaratdıqlarını da deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar