Qırğızıstan titrədi
12 May 2010 Çərşənbə 11:30
Ölkədə 5,5 bal gücündə zəlzələ baş verib.
Bu gün səhər saatlarında Qırğızıstanın Cəlal-Abad vilayətində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə respublikanın Fövqəlada Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mayın 12-də Aksıysk rayonunda zəlzələ qeydə alınıb. Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Kaşka-Suu kəndinin 3 kilometr şərqinə, Kerben şəhərinin isə 10 kilometr şimal-qərbinə düşüb”, - deyə məlumatda bildirilib.
Kaşka-Suu kəndində yeraltı təkanların gücü 5,5, Kerben şəhərində isə 5 bal gücündə hiss olunub.
İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: