Qırğızıstan qırğınlarının təşkilatçısı həbs edilib
14 İyun 2010 Bazar Ertəsi 11:55
Qırğızıstan qırğınlarının təşkilatçısı həbs edilib. Hökumət onun “məşhur siyasətçi” olduğunu deyir.
Qırğızıstanın cənubundakı kütləvi iğtişaşları təşkil etdiyinə görə həbs edilən şəxs “məşhur siyasətçi”dir. Bu barədə müvəqqəti hökumətdən məlumat veriblər.

“Calal-Abad ərazisində kütləvi iğtişaşların təşkilatçılarından biri həbs edilib. Bu adam respublikada adı və siyasi fəaliyyəti ilə kifayət qədər tanınmış bir şəxsdir. Lakin istintaqın maraqlarını nəzərə alaraq, onun adını açıqlamırıq”. Hökumətin yaydığı bəyanatda belə deyilir.

Həbs edilən şəxsə qarşı “kütləvi iğtişaşların təşkili” və “hakimiyyəti zor gücü ilə çevirməyə cəhd” maddələri ilə cinayət işi açılıb.

“Hazırda həbs olunan şəxs kütləvi iğtişaşların təşkilində iştirakı olan digər məşhur insanların adlarını da istintaqa verir. Onun sözlərinə görə, ərazidə iğtişaşlar yaradan insanlar əvvəlcədən də bu barədə açıq bəyanatlar veriblər. Onlar həmçinin bu ilin payızına təyin olunmuş seçkilərlə bağlı da planlarını bildiriblər”, deyə məlumatda qeyd olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar