Qırğızıstan prezidentliyi uğrunda 20 namizəd mübarizə aparacaq
25 Sentyabr 2011 Bazar 03:46
Namizədlər bu gündən təşviqat mərhələsinə başlayacaqlar.
Qırğızıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu proseduru 20 iddialı uğurla başa vurub. Məlumatda deyilir ki, 83 nəfər namizədliyini irəli sürsə də, onlardan yalnız 20-mi 30 min nəfərin imzasını toplayı və 100 min som (təxminən 2,2 min dollar) məbləğində girov qoya və qırğız dilindən uğurla imtahan verə bilib. Bəzi namizədlər seçki prosesini siyasi motivlərlə yarımçıq tərk ediblər. Məsələn “Ata-Meken” partiyasının lideri Omurbek Tkebayev kimi. O, qərara alıb ki, ötən parlament seçkilərindəki səhvlər təkrarlanması və islahatçı qüvvələr bir-birilərinin səslərini almasınlar.

Namizədlərin siyahısında seçki prosesində iştirakla əlaqədar vəzifəsindən istefa vermiş baş nazir Almazbek Atambayev, parlamentin keçmiş spikerləri Adaxan Madumarov, Marat Sultanov, Almambet Matubraimov, bir neçə hazırkı deputat, xüsusi xidmət orqanının əməkdaşı Marat İmankulov, milis generalı Omurbek Suvanaliyev və Ali Məhkəmənin keçmiş sədri Kurmanbek Osmonov da var. Yerli ekspertlər Almazbek Atambayevi şəksiz lider hesab edirlər. Lakin onlar da düşünürlər ki, bir neçə nəfər baş nazirə əsl rəqib ola bilər.

Qanunvericiliyə görə, ölkənin hazırkı prezidenti Roza Otunbayeva oktyabrın 30-ad keçiriləcək seçkilərdə namizəd ola bilməz.

Sentyabrın 25-dən Qırğızıstanda təşviqat mərhələsinə start veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar