Qırğızıstan Prezident Aparatının rəhbəri tutulub
30 Aprel 2010 Cümə 10:00
Joroyev xidməti vəzifəsindən sui-istifadədə ittiham olunur.
Qırğızıstan hüquq-mühafizə orqanları ölkənin Prezident Aparatının keçmiş rəhbəri Kanıbek Joroyevi həbs ediblər. Yerli mətbuatın məlumatına görə, o, aprel hadisələri ilə bağlı iş üzrə prokurorluğa ifadə verməyə gələrkən tutulub.
Keçmiş məmurun vəkili Lyubov İvanovanın sözlərinə görə, Joroyevi xidməti vəzifəsindən sui-istifadə maddəsi üzrə ittihamla bir ay müddətinə həbs ediblər.
O bildirib ki, Joroyev Milli Təhlükəsizlik Dövlət Xidmətinin istintaq təcridxanasında saxlanılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: