Qırğızıstan parlamenti spiker seçə bilmədi
03 Dekabr 2010 Cümə 01:10
“Ata-Meken” partiyasının lideri Omurbek Tekebayevin spikerliyə namizədliyini rədd edilib
Qırğızıstanın yeni parlamentinin deputatları “Ata-Meken” partiyasının lideri Omurbek Tekebayevin spikerliyə namizədliyini rədd ediblər. Onun spiker seçilməsi üçün üç səs çatmayıb. Spiker postunu “Ata Meken”nin liderinin tutması “Ar-Namıs”, “Ata-Meken” partiyaları və sosial demokratlar arasında əldə edilmiş razılaşmanın bir hissəsi idi.
Xatırladaq ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 10-da keçirilib. Seçkilərdə 29 partiya iştirak etsə də, onlardan yalnız beşi 5 faizlik həddi keçə bilmişdi.
DOSTLARINLA PAYLAŞ: