Qırğızıstan parlament respublikası oldu
28 İyun 2010 Bazar Ertəsi 09:50
Qırğızıstanda iyunun 27-də keçirilmiş referendumda seçicilərin 90%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, artıq bülletenlərin 60%-i sayılıb. Yeni Konstitusiyaya əsasən, Qırğızıstan prezident respublikasından parlament respublikasına çevrilib.
Bundan başqa, müvəqqəti hökumətin başçısı Roza Otunbayeva respublikanın qanuni prezidenti elan olunması üçün lazımi qədər səs toplayıb. Onu səsvermədə iştirak edən 1,9 milyon nəfərin yarısından çoxu dəstəkləyib.
Bülletenlərin hələ 40%-nin hesablanmamasına baxmayaraq, referenduma çıxarılmış üç məsələdən ikisinin nəticəsi artıq məlumdur.
Qeyd edək ki, referenduma bu məsələlər çıxarılıb: R. Otunbayevanın prezident səlahiyyətlərinin müddətinin 31 dekabr 2011-ci ilədək uzadılması; Konstitusiyaya dəyişiklik və Konstitusiya Məhkəməsinin ləğv edilməsi.
Səsvermədə seçicilərin 67,5%-i iştirak edib. APA
DOSTLARINLA PAYLAŞ: