Qırğızıstan matəmdədir
16 İyun 2010 Çərşənbə 11:15
Qırğızıstan matəmdədir. Müvəqqəti hökumət etnik toqquşmalarla bağlı qərar qəbul edib.
Bu gün Qırğızıstanın müvəqqəti hökuməti ölkənin cənubunda kütləvi insan tələfatına səbəb olan qırğızlarla özbəklər arasında etnik toqquşmalarla əlaqədar matəm elan edib. Ən son məlumatlara görə, Cəlalabad və Oş vilayətlərində ölənlərin sayı 179-a çatıb.

Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva ölənlərin sayının dəfələrlə çox ola biləcəyini istisna etməyib. “Bu rəqəm hətta 700 də ola bilər. Çünki bizim xalqların adət-ənənəsinə görə insanları dərhal dəfn edirlər, onların yarılmasına və üzərlərində tibbi ekspertizanın keçirilməsinə imkan verilmir”, - deyə Otunbayeva qeyd edib.

Bu ərəfədə kütləvi toqquşmaların ziyan vurduğu Qırğızıstanın cənubuna gələn humanitar yardımların ardı-arası kəsilmir. Daşkənd isə etnik özbəkləri qəbul etməkdə davam edir. Özbəkistan artıq qonşu respublikadan qaçan 100 min qaçqını qeydiyyata alsa da, qaçqınların axını azalmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar