Qırğızıstan hökumətindən şok açıqlama
28 Avqust 2010 Şənbə 16:25
Qırğızıstan dövlətinin qarşıdurmalarda zərərçəkənlərin evlərini bərpa etməyə imkanı yoxduк.
Qırğızıstanın dövlət büdcəsi iyun ayında ölkənin cənubunda baş verən qarşıdurmalar zamanı dağılan bütün evlərin bərpasını tam olaraq maliyyələşdirməyə imkan vermir. Bu bəyanatı şənbə günü Oş və Cəlalabad şəhərlərinin bərpası işlərinə rəhbərlik edən respublika baş nazirinin müavini Jantoro Satıbaldiyev verib.
“Çox təəssüflər olsun ki, dövlət iyun ayında baş verən faciəvi hadisələr zamanı evlərindən məhrum olan vətəndaşlara pulsuz mənzillər tikmək imkanına malik deyil. Buna dövlət büdcəsində yaranan böyük inflyasiya imkan vermir”, - deyə Satıbaldiyev bildirib.
Baş nazirin müavini həmçinin zərərçəkənləri hökumətin ayırdığı uzun müddətli borclardan imtina etməyə çağıran təşviqat faktlarının olduğunu qeyd edib. Onun fikrincə, əhalini evlərin pulsuz bərpası tələbinə çağıran şəxslər respublikada vəziyyətin gərginləşdirilməsində maraqlıdırlar.
O əlavə edib ki, uzun müddətli borcların verilməsi posesi də uzanır. Belə ki, iyun hadisələri baş verənədək bir çox vətəndaşların mənzillə bağlı sənədləri qaydasında olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: