Qırğızıstan: "Hadisələr xaricdən idarə edilir"
13 İyun 2010 Bazar 13:05
Qırğızıstan: "Hadisələr xaricdən idarə edilir". Baş nazirinin müavini Azimbek Beknazarov belə deyib.
"Ölkənin cənubundakı hadisələr çox müvəffəqiyyətli şəkildə hazırlanıb və xaricdən idarə olunur". Bunu Qırğızıstanda müvəqqəti hökumətin baş nazirinin müavini Azimbek Beknazarov dövlət televiziyasında iştirak etdiyi proqramda çıxış edərkən söyləyib.
Qeyd edək ki, baş nazirin müavini üç həftə əvvəl də bildirmişdi ki, devrilmiş prezident Kurmanbek Bakiyevin qardaşı, keçmiş kəşfiyyatçı Canıbek Bakiyev Tacikistanda saxlanır və yanında silahlı şəxslər var. Cəlal-Abad şəhərində bir ay əvvəl qırğızlarla özbəklər arasında baş verən toqquşmaların da keçmiş prezident Kurmanbek Bakiyevin oğulları Maksim və Marat ilə Bakiyevin qardaşı Canıbek Bakiyev tərəfindən təşkil edildiyi irəli sürülmüşdü.
Qırğızıstan telekanallarının xəbər bülletenlərində yayımlanan Maksim ilə Canıbek arasında baş tutan telefon söhbətində, Maksimin, əmisi Canıbekə belə dediyi iddia edilir: "İqtidarı bizdən necə aldılarsa, bizdə elə alaq. Onlar silahla gəldilər, bizdə elə edək. Adamlar tapaq, adam başına 70 dollar məbləğində pul verək. Onlar nə edəcəklərini çox yaxşı bilməlidir. Birdən-birə hücum edək, binaları tutaq. Ondan sonra müdiri (atası Kurmanbek Bakiyevi) geri gətirək. Onsuz da müdirimiz, ölkənin qanuni dövlət başçısıdır. O da lazım olanı edər. Amma mən özüylə görüşdüm. O artıq bu ölkəyə dönmək istəmir. Əmi, lazım olsa, səni başa gətirərik. Ruslar kəşfiyyatçı və əsgərləri sevir". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: