Qırğızıstan ABŞ-a söz verib
20 İyun 2010 Bazar 14:10
Müvəqqəti hökumət ölkədə baş verənlərlə bağlı araşdırma aparacaq.
Qırğızıstan müvəqqəti hökuməti ölkənin cənubunda komendant saatının müddətini iyunun 25 kimi uzadıb. Ölkənin cənubda yerləşən Cəlalabad əyalətinin komendantı Kubatbek Baybolov komendant saatı və fövqəladə vəziyətin uzadılmasının şəhərlərdə stabilliyin bərqəqar olunması üçün vacib olduğunu deyib.
Bu ərəfədə Qırığızıstanda olan Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Robert Bleyk isə bəyan edib ki, Qırğızıstanın cənubunda baş verən hadisələrin araşdırmasına beynəlxalq təşkilatlar cəlb olunmalıdır.
ABŞ rəsmisi Qırğızıstan müvvəqəti hökumətinin başçısı Roza Otunbayeva ilə görüşdükdən sonra mətbuat konfransı keçirib. O jurnadistlərə bildirib ki, müvəqqəti hökumətin nümayəndələri baş verənlərlə bağı araşdırma aparacaqları haqda ona söz veriblər. Robert Bleyk aparılacaq təhqiqat işlərinə etibarlı beynəlxalq qurumların da qoşulmalı olduğunu bildirib.
Robert Bleyk Birləşmiş Ştatların müvəqqəti hökumətin “Manas” aviabazasının saxlanması ilə bağlı fəaliyyətini bəyəndiyini də bildirib. Onun sözlərinə görə, “Manas” aviabazası Əfqanıstanda stabilliyin yaradılması istiqamətində birgə fəaliyyət üçün çox əhəmiyyətlidir.
Bu ərəfədə həvəskar kamera vasitəsilə çəkilmiş görüntülərdə Qırğızıstanın Bazar-Korqan yaşayış mənətəqəsində etnik özbəklərin özlərini müdafiə etməyə hazırlaşdıqları görünütlər yayılıb. İnsan hüquqları müdafiəçisi Əzimxan Əsgərov tərəfindən qeydə alınan görüntülərdə özbəklərin dəyənəklərlə və daşla silahlandığı göstərilib. İnsan Hüquqları Təşkilatı rəhbəri Valentina Qrisenko adı çəkilən video çəkilişi hazırlayan və bir neçə gün bundan öncə həbs edilmiş Əzimxan Əsgərovun həbsxanada incidildiyini bildirib. Ombudsman Tursunbek Akun da Əsgərova qarşı qaldırılmış ittihamların saxta olduğunu bildirib.
Qeyd edək ki, Əsgərov hərbiçiləri baş verən iğtişaşlarda iştirak etməkdə ittiham edib. Qırğız fəalları Bişkekdəki BMT binası qarşısında etiraz edərək Əzimxan Əsgərovun azad edilməsini tələb ediblər. BMT-nin qaçqınlara yardım təşkilatı isə Qırğızıstan paytaxtına 40 tona qədər humanitar yardım çatdırıb. BMT-nin qaçqınlar üzrə təşkilatı və dünya ərzaq proqramının tədarük gördüyü humanitar yardım cənub bölgəsinə çatrılıcaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: