Qırğız müxalifəti etimad hökumətini formalaşdırıb
07 Aprel 2010 Çərşənbə 21:30
Qırğız müxalifəti keçmiş xarici işlər naziri Roza Otunbayeva başda olmaqla xalq etimadı hökumətini formalaşdırıb.
Qeyd edək ki, bir müddət öncə Qırğızıstan dövlət televiziyasının efirində çıxış edən parlamentin eks-spikeri Omurbek Tekabayev hakimiyyətin tamamilə xalqın əlinə keçdiyini bəyan edib.
O Bişkek şəhərinə komendant təyin edildiyini bildirib. İstefada olan milis polkovniki Turat Madalbekov Bişkek şəhərinə komendant ətyin edilib.
Omurbek Tekebayev həmçinin müxalifət liderlərinin Daniyar Usenovun başçılıq etdiyi hökumət nümayəndə heyətilə danışıqlara yola düşdüyünü bildirib. Tekebayev hökumət nümayəndələrinə könüllü olaraq hakimiyyətdən xalqın xeyrinə imtina etmək təklif olunacağını bildirib. O qeyd edib ki, mümkün olduğu qədər məmurların təhlükəsizliyinə təminat veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: