QİÇS xəstələrinin ABŞ-a girişinə qadağa götürülür
31 Oktyabr 2009 Şənbə 01:45
Bu barədə bəyanatı Birləşmiş Ştatların prezidenti Barak Obama verib
ABŞ prezidenti Barak Obama QİÇS-li xəstələrin ölkə ərazisinə girişinə 22 il əvvəl qoyulmuş qadağanı ləğv edir. Barak Obama bu bəyanatı QİÇS xəstələrinin tibbi xidmət və sosial güzəştlər almasını asanlaşdıran qanunu imzalayarkən verib.
ABŞ-a girişə qadağanın götürülməsi barədə qanun gələn həftə dərc olunacaq. Qadağının isə 2010-cu ildən aradan qaldırılacağı gözlənilir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: